MİNACATIN ƏZƏMƏTİ
Bu üç kəlmə arasında bir neçə fərq var: “Dua” geniş və ümumi mənaya malikdir. Əgər bir şəxsi istər uzaqdan, istər yaxından, istər uca səslə, istər ahəstə, istər tanıyaraq, istər tanımadan çağırsalar, bu çağırış “dua” adlanır. Lakin uca səslə çağırış “nida” adlanır. Nida edən insan uzaqdan və ya yaxından səsini çatdırmaq məqsədi ilə yox, sakitləşmək, ruhi təskinlik tapmaq üçün səsini ucaldır. Başqalarının eşitməyəcəyi səslə kiminləsə danışmağa “Minacat” deyilir.