250 YAŞLI İNSAN
İmamlar yalnız yaşadıqları dövrdә qәrib olmadılar, әsrlәr boyu onların hәyatının mühüm vә bәlkә dә әsәs cәhәtlәrinә qarşı diqqәtsizlik bu qәribliyin tarix boyu davam etmәsinә sәbәb oldu. Bu әsrlәrdә yazılmış kitablar imamların hәyatına dair rәvayәtlәri gәlәcәk nәsillәrә ötürdüyü üçün, şübhәsiz ki, misilsiz dәyәrә malikdir. Lakin hidayәtçi imamların 250 illik hәyatının davamlı xәttini tәşkil edәn gәrgin siyasi mübarizә amili elmi-mәnәvi mövzuda hәdis, rәvayәt vә tarixi mәlumatlar arasında itmişdir.