Həmas Azərbaycanı təbrik etdi
Həmas Azərbaycanı Dağlıq Karabağda əldə olunan razılaşma münasibətilə təbrik edib.
Publika.az xəbər verir ki, bu barədə Həmas sözçüsü Sami Əbu Zühri açıqlama yayıb.
“Azərbaycanın döyüşərək əldə etdiyi zəfəri və torpaqlarını geri qaytarmasını təbrik edirik. Bu, bütün işğalların təbii nəticəsidir. Azərbaycan xalqının sabitlik və rifaha qovuşmasını ümid edirik. Türkiyənin Azərbaycanın haqlı mübarizəsində arxasında dayanmasını təqdirlə qarşılayırıq”, — açıqlamada deyilir.
Zümrüd
Mənbə: publika.az